İran Fars körfəzində Marşal adaları bayrağı altında üzən neft tankerini vurduğunu açıqladı, çünki bu, "ABŞ-a məxsus idi".
Turkustan.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun açıqlamasına görə, bu gün günortadan sonra Fars körfəzində "Louise P" adlı tankerə "ABŞ-a məxsus olduğu" iddiası ilə pilotsuz təyyarə zərbə endirib.
İnqilab Keşikçiləri daha əvvəl bölgədəki bütün İsrail və ABŞ aktivlərinin qanuni hədəf olduğunu bildirmişdi.
İran həmçinin bildirib ki, Hörmüz boğazında "xəbərdarlıqlara məhəl qoymadığı" üçün "Pirima" neft tankerinə pilotsuz təyyarə zərbə endirib.
Aytən Yaşar/ Turkustan.az