Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı ABŞ və İsrailin İrana hücumlarından kədərləndiyini və narahat olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
"Netanyahunun (İsrail Baş naziri) təhriki ilə başlayan ABŞ-İsrail hücumlarından dərin kədərləndik və narahatıq", - deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan qeyd edib ki, əvvəllər ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkianla telefon danışıqları aparıb, lakin iki tərəf arasında etimadı bərpa etmək mümkün olmayıb./modern.az