“İsrail və ABŞ İrandakı rejimin yaratdığı mövcudluq təhlükəsini aradan qaldırmaq üçün əməliyyata başladılar”.
Turkustan.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O, ABŞ-ın da hücuma qoşulmasına görə Trampa təşəkkür edib:
“Birgə əməliyyatlar cəsur İran xalqının öz taleyini öz əlinə alması üçün şərait yaradacaq. İran xalqının bütün təbəqələrinin – farsların, kürdlərin, azərbaycanlıların, bəlucların və əhvazilərin – zülm boyunduruğundan qurtularaq azad və sülhsevər bir İran qurmasının vaxtı çatıb”./Globalinfo.az