Nüvə mesajı? İranın son açıqlaması şokedicidir


İsrail İrana hücum etdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp da İrana genişmiqyaslı hücum başladığını açıqlayıb. İsrail mənbələrinə görə, Tehrana hücumdan sonra Təbriz, İsfahan, Qum, Kərəc və Kermanşahda partlayış səsləri eşidilib. İran lideri Əli Xamenei Tehranda deyil, təhlükəsiz yerdə olduğu bildirilib. İddia olunur ki, İsrailin hücum hədəfləri arasında Xameneinin ofisi, prezident ofisi və kəşfiyyat binaları olub.

ABŞ və İsrailin zərbələrində İsrailin qabaqlayıcı əməliyyat elanından sonra ABŞ da iştirak edib. Bölgədəki vəziyyəti izləyən yüksək vəzifəli İran rəsmisi bildirib: “İsrail üzləşəcəyi nəticələrə hazır olmalıdır; qırmızı xətlər olmayacaq.” Bu açıqlama “İran nüvə silahından istifadə edəcəkmi?” sualını gündəmə gətirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ