Ardıcıl hücumlardan sonra paytaxtda çuxur əmələ gəldi


ABŞ və İsrailin İrana qarşı hava hücumlarının başlamasından sonra Tehranda bir sıra partlayışlar baş verib.

Turkustan.az xəbər verir ki, hücumların strateji yerləri hədəf aldığı və partlayışların səslərinin şəhərin müxtəlif yerlərində eşidildiyi bildirilib.

Mehr Xəbər Agentliyinin yayımladığı görüntülərdə hədəf alınan ərazidə genişmiqyaslı dağıntılar görünür. Bir yerdə nəhəng bir krater əmələ gəlib ki, bu da hücumun şiddətini vurğulayır. Ətrafdakı binalara da ziyan dəyib və dağıntılar geniş əraziyə səpələnib.

ABŞ və İsrail İrana qarşı hücuma başlayıblar. İsrail mediası İran prezident sarayının və hökumət binasının hədəfə alındığını və bir neçə tanınmış şəxsin evinə sui-qəsd cəhdlərinin edildiyini bildirib. İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Tehranın mərkəzində üç partlayış baş verib. Universitet prospektinə və Cumhuri rayonuna bir neçə raket zərbəsi endirilib. Növbəti dəqiqələrdə Tehranın şimalında daha iki partlayış baş verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ