İrandan ilk rəsmi açıqlama İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizidən gəlib.
Turkustan.az xəbər verir ki, Əzizi hücumlara cavab veriləcəyini bildirərək deyib: “Sizi əvvəlcədən xəbərdar etmişdik. Siz başladınız, amma sonluq sizin əlinizdə olmayacaq”.
Bu açıqlamadan bir neçə dəqiqə sonra Tehran cavab əməliyyatına başlayıb. İrandan İsrailə doğru genişmiqyaslı raket hücumlarının həyata keçirildiyi bildirilir. İsrail ordusu da hücumları təsdiqləyib.
Aytən Yaşar/ Turkustan.az