O, açıq şəkildə Netflix-i hədələdi: Bunu edin, əks halda nəticələr ağır olacaq


Donald Tramp media və texnologiya şirkəti Netflix ilə bağlı sərt açıqlama verib.

Turkustan.az xəbər verir ki,Tramp sosial şəbəkə platforması Truth Social üzərindən paylaşım edərək, Netflix-in direktorlar şurasının üzvü Susan Raysı hədəfə alıb. O, Raysı “anti-Tramp” və “siyasi fiqur” adlandırıb və şirkəti onu vəzifədən uzaqlaşdırmağa çağırıb. Tramp xəbərdarlıq edib ki, əks halda Netflix “nəticələrlə üzləşə bilər”.

Məsələ media sektorunda davam edən iri satınalma prosesləri fonunda gündəmə gəlib. Bildirilir ki, Warner Bros. Discovery ilə bağlı 72 milyard dollarlıq razılaşma və antiinhisar araşdırmaları sektorda əlavə siyasi müzakirələrə səbəb olub.

Ekspertlər Trampın açıqlamalarını şirkətlərin idarəetmə qərarlarına yönəlmiş siyasi təzyiq kimi qiymətləndirirlər və bunun antiinhisar proseslərinə dolayı təsir göstərə biləcəyini qeyd edirlər.

Susan Rays daha əvvəl Barack Obama administrasiyasında milli təhlükəsizlik müşaviri və ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifələrində çalışıb. O, həmçinin Joe Biden dövründə də müxtəlif siyasət strukturlarında fəaliyyət göstərib. Raysın Netflix-in direktorlar şurasına yenidən təyin olunmasından sonra səsləndirdiyi bəzi fikirlər ABŞ-da siyasi müzakirələrə səbəb olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ