İsrail Knessetinin Xarici İşlər və Təhlükəsizlik Komitəsinin İrana qarşı mümkün müharibəyə hazırlıqları müzakirə etdiyi bildirilir.
Turkustan.az İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, komitə rəsmiləri İsrail Ordusunun Daxili Cəbhə Komandanlığının katibi Şai Klapperdən təhlükəsizlik qiymətləndirməsi alıblar.
Komitə sədri və Likud Knesset üzvü Boaz Bismut görüşdən sonra İranla bağlı çətin bir dövrdən keçdiklərini bildirib və əlavə edib ki, "İsraildə elə bir vətəndaş yoxdur ki, gündə bir neçə dəfə özündən İrana qarşı hücumun nə vaxt başlayacağını soruşmasın".
Vismut israillilərin hazırlıqlar gördüyünü və istənilən ssenariyə hazır olduqlarını iddia etdi.
Aytən Yaşar/ Turkustan.az