ABŞ-da qum fırtınası zəncirvari qəzaya səbəb oldu: 4 ölü, 29 yaralı


ABŞ-ın Kolorado ştatında qum fırtınasının görmə məsafəsini azaltması nəticəsində 30-dan çox nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza baş verib.

Turkustan.az xəbər verir ki, nəticədə dörd nəfər ölüb, 29 nəfər yaralanıb. Bildirilib ki, qum fırtınasının yaratdığı görmə məsafəsinin azalması səbəbindən Koloradoda 30-dan çox nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza baş verib.

Kolorado polisi qəzanın yerli vaxtla saat 10:00 radələrində Pueblo yaxınlığındakı I-25 yolunda baş verdiyini bildirib. Zəncirvari reaksiya toqquşmasında 30-dan çox nəqliyyat vasitəsi iştirak edib, bəzi nəqliyyat vasitələri yoldan çıxıb. Kolorado polisinin sözçüsü Brayan Lyons bildirib ki, müxtəlif nəqliyyat vasitələrində olan dörd nəfər ölüb, 29 nəfər yaralanıb və əlavə edib ki, "Hadisə zamanı görünürlük demək olar ki, sıfır idi".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ