Axios: ABŞ Qəzza Sülh Komitəsinin ilk görüşünü 19 fevralda keçirməyi planlaşdırır


ABŞ-ın Qəzzada atəşkəs prosesinin ikinci mərhələsi çərçivəsində yaradılan "Sülh Şurası"nın ilk liderlər görüşünü və donor konfransını fevralın 19-da keçirməyi planlaşdırdığı iddia edilib.

Turkustan.az xəbər verir ki, ABŞ rəsmisi, Axios-a danışarkən, Qəzza üçün yaradılan Sülh Komitəsi ilə bağlı iddialar irəli sürüb.

Rəsmi şəxs ABŞ administrasiyasının Şuranın ilk liderlər görüşünü və donor konfransını 19 fevralda keçirməyi planlaşdırdığını bildirib və əlavə edib ki, bu plan hələ ilkin mərhələdədir və dəyişə bilər.

Rəsmi şəxs həmçinin bildirib ki, administrasiya ABŞ Sülh İnstitutunda keçirilməsi planlaşdırılan görüşə dəvətnamə almaq üçün müxtəlif ölkələrə müraciət edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ