Böyük Britaniya hökuməti İran ətrafındakı gərginliyi nəzərə alaraq Kiprdəki Akrotiri aviabazasına əlavə qırıcı təyyarələr yerləşdirib.
Turkustan.az xəbər verir ki, bu barədə "Tayms" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, ötən gün Marham hava bazasından 6 ədəd RAF F-35B qırıcısı “Tayfun” (Eurofighter Typhoons) təyyarələrinin olduğu Akrotiri aviabazasına yola düşüb.
Xatırladaq ki, yanvarın 22-də Böyük Britaniya Müdafiə Nazirliyi yerli hakimiyyət orqanlarının xahişi ilə Qətərə “Tayfun” qırıcılarının yerləşdirildiyini elan edib. /axar.az/