Qonşu ölkədə xaşxaş əkini qanuniləşir – sıra Azərbaycanda?


Qonşu İranda xaşxaş bitkisinin becərilməsinə rəsmi icazə veriləcək. Bundan sonra ölkədə xaşxaş əkini qanunsuz hesab edilməyəcək və müəyyən regionlarda bu bitkinin yetişdirilməsinə başlanılacaq. Bu barədə İranın Narkotiklərlə Mübarizə Qərargahı məlumat yayıb.

Bildirilib ki, qərar beynəlxalq və daxili şərait nəzərə alınmaqla qəbul edilib. Məqsəd ölkənin dərman sənayesi üçün, xüsusilə əməliyyat otaqları və xəstəxanaların tibbi ehtiyaclarının bir hissəsini daxili istehsal hesabına təmin etməkdir. Eyni zamanda, narkotik asılılığından əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunan preparatların istehsalı üçün də xaşxaş becərilməsi planlaşdırılır. Qeyd edilib ki, becərmə prosesi dövlət nəzarəti altında həyata keçiriləcək və yalnız müəyyən edilmiş əraziləri əhatə edəcək.

Narkotik bitkilərin əkilməsi, istifadəsi və satışı qadağan edildi

Azərbaycanda da eyni qərar verilə bilərmi? Buna ehtiyac varmı?

Mövzu ilə bağlı Musavat.com-a danışan narkoekspert Emil Maqalov bildirib ki, Türkiyə də daxil olmaqla bir çox ölkələrdə xaşxaş bitkisinin əkini leqaldır:

“İqtisadiyyatı gücləndirmək, istehsalatı artırmaq üçün xaşxaşın əkini leqallaşdırılıb. Azərbaycan isə leqallaşdırmaya hazır deyil. Bunun üçün ilk növbədə qorunma tədbirləri olmalıdır. Xaşxaşın əkin sahəsinin qorunması üçün hazırda ölkəmizdə yetərincə resurs yoxdur. Xaşxaş tarlasını gərək həbsxana sahəsi kimi qoruyasan ki, sadə vətəndaşlar onun kolundan istifadə edə bilməsinlər. Bundan əlavə xaşxaş bazarına çıxışımız olmalıdır. İndiki halda isə bu yoxdur. İran və Türkiyə xaşxaşın satış ilə məşğuldur, əsas alıcı isə ABŞ-dir.

Xaşxaşın 16-dan çox faydası var. Onu normal istifadə etdikdə çox faydalı bitki sayılır və alıcısı daima olur. Onun əkilməsi və becərilməsi çox ucuz başa gəlir və baha satılır. Bir avtomobilin gövdəsi çətənədən hazırlansa, dözümlülüyü poladdan 10 qat çox olar. Çətənə ilə hazırlanan sabunlar və kosmetika məhsulları, suyu kirlətmir, yəni tamamilə ziyansızdır. İlk cins şalvar çətənədən hazırlanıb, hətta "kətan" sözü çətənə məhsullarına verilən addır. Çətənə bundan başqa ip, kəndir, çanta, ayaqqabı, papaq istehsalı üçün də ideal bir bitkidir. Yəni, çox gəlirli bir şeydir. Ancaq Azərbaycanda əkininin leqallaşdırılması üçün nə psixoloji, nə də fiziki hazır deyilik”.

Narkomaniyadan Qurtulmaq Üçün Maddi Vəziyyət Çox Önəmlidir - Emil Maqalov -  TurkicWorld

Ekspert deyir ki, təbii çətənə bitkisi qara bazarda satılanla müqayisədə daha zərərsizdir:

“Qara bazarda satılan xaşxaşda qatqılar olur. Bu baxımdan leqallaşmanın tərəfdarıyam. Şərait və vəziyyət imkan verərsə, Azərbaycanda da bunu etmək olar. Bir şərtlə ki, qorunma yüksək səviyyədə olsun”.

Qeyd edək ki, bir hektar çətənə, təxminən 25 hektar meşə qədər oksigen istehsal edir.. Çətənə 8 dəfə kağıza çevrilərkən, ağaclar 3 dəfə kağıza çevirə bilər və əsl radiasiya təmizləyicidir.


MANŞET XƏBƏRLƏRİ