ABŞ Ukraynaya 185 milyon dollar dəyərində avadanlıq və ehtiyat hissələrinin potensial satışını təsdiqləyib.
Turkustan.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə əlaqəli Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məsələ ilə bağlı açıqlama yayıb.
Bəyanatda ABŞ Dövlət Departamentinin Ukraynaya IX sinif ehtiyat hissələrinin və əlaqəli avadanlıqların potensial satışını təsdiqlədiyi bildirilir.
185 milyon dollara başa gələcəyi təxmin edilən potensial satışla bağlı açıqlamada deyilir: "Ukraynanın ABŞ tərəfindən təchiz edilən nəqliyyat vasitələri və silah sistemləri üçün yüksək əməliyyat dərəcələrini qorumaq üçün yerli dəstək imkanlarını gücləndirməyə təcili ehtiyacı var".
Bəyanatda deyilir ki, bu ehtiyat hissələri və avadanlıqlar logistika potensialını artıracaq və döyüş meydanında effektivliyə töhfə verəcək.
Aytən Yaşar/ Turkustan.az