ABŞ prezidenti Donald Tramp sosial media paylaşımının keçmiş prezident Barak Obama və həyat yoldaşı Mişel Obamanı hədəf alan "irqçi" hissəsini qınadı, lakin paylaşıma görə üzr istəməyəcəyini bildirdi.
Turkustan.az xəbər verir ki, CNN-in məlumatına görə, Tramp keçmiş prezident Barak Obama və həyat yoldaşı Mişel Obamanı cəngəllikdə yaşayan meymunlar kimi təsvir edən paylaşdığı videoya münasibət bildirib.
Videonun yalnız əvvəlinə baxdığını və heç bir problem görmədiyini deyən Tramp, "Heç kim bunun sonunda olduğunu bilmirdi. Əgər baxıb görsəydilər, yəqin ki, onu silərdilər" dedi.
Tramp videonu sona qədər izləmədən bir işçiyə verdiyini bildirib və əlavə edib ki, həmin şəxs videonu tamamilə izləməli idi.
Tramp videonun "irqçi" hissələrini qınayarkən, paylaşıma görə üzr istəyib-istəməyəcəyi ilə bağlı suala "Xeyr, səhv etməmişəm" cavabını verib.
Aytən Yaşar/ Turkustan.az