Müəllimi güllələyən şagirdlə bağlı YENİ İDDİA


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib.

Turkustan.az xezerxeber.az-a istinadən bildirir ki, iddiaya görə o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Şəhla Kamilovaya xəsarət yetirib.

Hadisədən sora tədris ocağında dərslər dayandırılıb, şagirdlər evə buraxılıb. Şahidlərin verdiyi məlumata əsasən, hadisə tənəffüs zamanı baş verib.

Kamera qarşısında müsahibə verməkdən imtina edən digər şagirdlərin valideynləri isə müəllimi güllələyən şagirdlə bağlı ilginc iddia ilə çıxış ediblər.

Onlar deyiblər ki, həmin şagirdin davranış problemləri olub. Həmçinin, mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir.

Daha ətraflı videomaterialda:


MANŞET XƏBƏRLƏRİ