Ukraynanın elektrik ötürmə sistemi operatoru olan "Ukrenergo" ölkənin enerji infrastrukturunun Rusiya təyyarələrinin intensiv hücumlarına məruz qaldığını bildirib.
Turkustan.az xəbər verir ki, "Ukrenergo" yazılı açıqlamasında Rusiya ordusunun Ukraynanın enerji infrastrukturunu hava hücumları ilə hədəfə aldığını bildirib.
Ukraynanın əksər bölgələrində təcili elektrik kəsintilərinin tətbiq olunduğu bildirilən açıqlamada deyilir: "Rusiya Ukraynanın elektrik şəbəkəsi obyektlərinə yeni və intensiv hücuma başlayır. Hücumlar davam edir."
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sosial mediada yayımladığı açıqlamada Rusiya ordusunun ölkənin müxtəlif bölgələrinə raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az