Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı neft ixracı üçün dəniz xidmətlərinə qadağa qoyulmasını və bankları, kriptovalyuta əməliyyatlarını və neft daşıyan kölgə donanmasını hədəf almasını əhatə edən yeni sanksiyalar paketi hazırlayıb.
Turkustan.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı hazırladıqları 20-ci sanksiya paketinin təfərrüatları ilə bağlı açıqlamalar verib .
"Yeni sanksiyalar paketi enerji, maliyyə xidmətləri və ticarət sahələrini əhatə edir", - deyə fon der Leyen bildirib və əlavə edib ki, "Enerji məsələsində biz Rusiya xam neftinə tam dəniz qadağası tətbiq edirik. Bu, Rusiyanın enerji gəlirlərini daha da azaldacaq və neftlərinə alıcı tapmağı daha da çətinləşdirəcək".
Von der Leyen bildirib ki, onlar Rusiyanın kölgə neft tanker donanmasının bir hissəsi kimi müəyyən edilmiş daha 43 gəmini siyahıya alacaqlar və bununla da kölgə donanmasında sanksiyalara məruz qalan gəmilərin ümumi sayını 640-a çatdıracaqlar.
Von der Leyen, Rusiyanın kölgə donanması üçün istifadə ediləcək tankerlərin alınmasını da çətinləşdirəcəklərini bildirdi və mayeləşdirilmiş təbii qaz (LNG) tankerləri və buzqıran gəmiləri üçün texniki xidmət və digər xidmətlərin göstərilməsinə hərtərəfli qadağalar tətbiq edəcəklərini bildirdi.
Von der Leyen qeyd etdi ki, onlar Rusiyanın bank sistemini və alternativ ödəniş kanalları yaratmaq qabiliyyətini daha da məhdudlaşdırmaq üçün yeni tədbirlər görəcəklər.
Von der Leyen, Rusiyadakı 20 regional bankı da sanksiya siyahısına əlavə edəcəklərini izah edərək, "Kriptovalyutalara, onları ticarət edən şirkətlərə və kripto ticarətinə imkan verən platformalara qarşı tədbirlər görərək sanksiyalardan yayınmaq üçün boşluqları bağlayacağıq" dedi.
Aytən Yaşar/ Turkustan.az