ABŞ prezidenti Donald Tramp Omanın Məsqət şəhərində İranla keçirilən dolayı danışıqları "çox yaxşı" adlandırıb və İranın yeni bir razılaşma əldə etmək istəyini güclü şəkildə nümayiş etdirdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp Vaşinqtondan Floridaya gedərkən prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.
Maskatda keçirilən ilkin danışıqlardan məmnunluğunu ifadə edən Tramp deyib: "Bu gün Rusiya və Ukrayna ilə çox, çox yaxşı danışıqlar apardıq, həmçinin İranla da çox yaxşı danışıqlar apardıq. İran, görünür, razılaşmaq istəyir və onlar həqiqətən də bunu etmək istəyirlər".
İrana qarşı bölgəyə böyük bir dəniz qüvvəsinin göndərildiyini xatırladan Tramp, "Tezliklə orada olacaq. Bunun necə nəticələnəcəyini görəcəyik" deyib.
ABŞ-ın lazımi addımları atacağını, lakin tələsməyə ehtiyac olmadığını vurğulayan Tramp, "Venesuelanı xatırlayırsınızsa, bir müddət gözlədik və tələsmirik. Bizim kifayət qədər vaxtımız var. İranla çox yaxşı müzakirələr aparırıq" dedi.
Aytən Yaşar/ Turkustan.az