İranla ticarət edən ölkələrə 25% vergi tətbiq olunacaq


ABŞ Prezidenti Donald Tramp İranla ticarət edən ölkələrə 25 faiz əlavə gömrük rüsumu tətbiq edən sərəncam imzalayıb.

Turkustan.az xəbər verir ki, Ağ Ev İrandan birbaşa və ya dolayı yolla idxal edən ölkələrə 25 faizlik tarif tətbiq etmək qərarını açıqladı.

Bəyanatda həmçinin bildirilir ki, İran hökumətinin hərəkətləri və siyasəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhdid yaradır.

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkov və İranın xarici işlər naziri Abbas Əraqçi cümə günü Omanın paytaxtı Məsqətdə dolayı danışıqlar aparıblar.

Abbas Əraqçi ABŞ və Oman arasında dolayı danışıqların "yaxşı başlanğıc" olduğunu söylədi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ