Müharibənin sonu mümkün deyil - Zelenski


Sülh razılaşmasının əsas şərti təhlükəsizlik zəmanətləridir və bunlar digər sənədlərdən əvvəl imzalanmalıdır.

Turkustan.az xarici KİV-ə istinadən yazır ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə təhlükəsizlik zəmanətlərinin imzalanması etibatarlılıq yaradır:

“Bu gələcək siyasi qərarlar üçün baza yaradacaq”.

Zelenski əlavə edib ki, Rusiya Ukraynanın ABŞ-la təhlükəsizlik razılaşması bağlamasını istəmir, amma bu, Kievin mövqeyinə təsir etməyəcək:

“Rusiya bizim ABŞ ilə razılaşmamızı istəmir. Amma biz bunu müzakirə etmirik. Hər halda, Ukrayna təhlükəsizlik zəmanətləri alacaq. Təhlükəsizlik zəmanətləri olmadan müharibənin sonu mümkün deyil”. /modern.az/


MANŞET XƏBƏRLƏRİ