İsrail hərbi helikopteri Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsindəki Məvasi bölgəsindəki məcburi köçkün fələstinlilərin yaşadığı çadırları dəfələrlə hədəfə alıb.
Turkustan.az xəbər verir ki, eyni çadırı iki dəfə hədəf alan hücumda ikisi uşaq da daxil olmaqla dörd fələstinli həlak olub.
Hücumdan sonra yaralıları təxliyə etmək üçün əraziyə gələn təcili yardım maşınlarının da hədəfə alındığı və bir fələstinli səhiyyə işçisinin həyatını itirdiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az