“İranın Ali rəhbəri Əli Xameneinin aradan qaldırılması İran böhranını həll etmək üçün kifayət deyil. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da məhv edilməlidir”.
Turkustan.az xəbər verir ki, bunu Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton “Afghanistan International” kanalına müsahibəsində deyib.
“Heç kim İnqilab Keşikçiləri Korpusunun hərbi gücünü inkar etmir. İslam Respublikası məhz bu qurum vasitəsilə hərbi diktaturaya çevrilib”, – o qeyd edib. /Globalinfo.az/