Avropa liderləri şokda: Qrenlandiyanı ABŞ-a verə bilərlər


Avropa Donald Trampın rəhbərlik etdiyi Amerika administrasiyasını sakitləşdirmək üçün Qrenlandiyanı ABŞ-a təhvil verə bilər.

Turkustan.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Çoxları İkinci Dünya müharibəsindən sonrakı dünya nizamının bitdiyini və Trampın torpaq ələ keçirməsinin qlobal siyasəti dəyişdirəcəyini qəbul edir. Avropa liderləri Ağ Evi sakitləşdirmək üçün daha bir cəhddə Qrenlandiyadan imtina etməyə razı ola bilər", - deyə adı açıqlanmayan yüksək vəzifəli Avropa rəsmisi bildirib.

Qeyd olunub ki, Brüsseldə keçirilən Avropa maliyyə nazirlərinin görüşündə rəsmilər Vaşinqtondan "dəstək və dostluğun itirilməsindən" və bunun nə qədər tez düşmənçiliyə çevrilməsindən şoka düşüblər.

Xatırladaq ki, bir müddət əvvəl jurnalistin Qrenlandiyanı ilhaq etmək üçün nə qədər irəli getməyə hazır olduğu ilə bağlı sualına Tramp, "Hər şey tezliklə məlum olacaq", - deyə cavab vermişdi./publika.az


MANŞET XƏBƏRLƏRİ