ABŞ prezidenti Donald Tramp 6 yanvar etirazlarından sonra bank xidmətlərinin dayandırılması ilə bağlı JPMorgan Chase şirkətini məhkəməyə verəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, obildirib ki, növbəti iki həftə ərzində bank əleyhinə iddia qaldıracaq.
Tramp sosial media paylaşımında “The Wall Street Journal” qəzetinin JPMorgan Chase-in baş direktoru Ceymi Daymona Federal Ehtiyat Sisteminin sədri vəzifəsinin təklif edilməsi ilə bağlı yaydığı xəbəri təkzib edib.
Tramp qeyd edib:
“Bu açıqlama tamamilə yalandır. Heç vaxt belə bir təklif verilməyib. Əksinə, 6 yanvar etirazlarından sonra bank xidmətlərimi səhvən və yersiz şəkildə dayandırdığına görə JPMorgan Chase-ə qarşı yaxın iki həftə ərzində məhkəmə iddiası qaldıracağam”.
ABŞ prezidenti 6 yanvar hadisələrini “haqlı etirazlar” adlandıraraq, 2020-ci il prezident seçkilərinin “saxtalaşdırıldığını” bir daha iddia edib.
Tramp həmçinin “The Wall Street Journal” qəzetinin məsələni dəqiqləşdirmək üçün niyə onunla əlaqə saxlamadığını sual edib və bildirib ki, ona zəng edilsəydi, dərhal xəbərin doğru olmadığını deyərdi.
O əlavə edib ki, Ceymi Daymona Maliyyə Naziri vəzifəsinin təklif edilməsi ilə bağlı da yanlış təəssürat yaradılıb:
“Belə bir təklif olmayıb və heç vaxt nəzərdən keçirilməyib. Hazırkı Xəzinədarlıq Naziri Skott Bessent əla iş görür, o, əsl super ulduzdur”.
Aytən Yaşar/ Turkustan.az