Venesuela müdafiə naziri: ABŞ-ın hücumu nəticəsində 47 əsgər həlak oldu


Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes yanvarın 3-də ABŞ-ın Venesuelaya qarşı əməliyyatında 47 əsgərin öldüyünü açıqladı.

Turkustan.az xəbər verir ki, dövlət televiziyasında çıxış edən Lopez Bolivar Milli Silahlı Qüvvələrinin (FANB) üzvlərinin ABŞ-ın qeyri-mütənasib güc tətbiqi qarşısında həyatlarını qurban verdiyini bildirdi.

Hücumda 32 Kuba vətəndaşının da həyatını itirdiyini bildirən nazir Lopes ordunun yenidən qurulması prosesinə toxundu. O, ordunu gücləndirmək üçün "Ayacucho Planı"nı həyata keçirdiklərini, lakin mövcud vəziyyətin bu planın yenidən nəzərdən keçirilməsini və köklü şəkildə yenidən qurulmasını zəruri etdiyini bildirdi.

Lopez bildirib ki, onların əsas məqsədi konstitusiya quruluşunu qoruyacaq və ölkəyə hörməti təmin edəcək hərbi qüvvə yaratmaqdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ