ABŞ-dan yeni Qrenlandiya açıqlaması: Ada işğal olunacaq?


ABŞ nümayəndə heyəti Danimarkadakı danışıqlar zamanı Qrenlandiya haqqında çox şey öyrənib.

Turkustan.az xəbər verir ki, nümayəndə heyətinin üzvü olan senator Kris Kuns görüşün nəticəsini Danimarkanın “TV2” kanalında çıxışı zamanı açıqladı.

“Düşünürəm ki, bu, hamımız üçün doğrudur. Qrenlandiya haqqında əvvəllər bilmədiyim çox şey öyrəndim”, – Kuns bildirib.

Siyasətçi nümayəndə heyətinin bunu ABŞ Dövlət Katibi Marko Rubio ilə müzakirə etməyi planlaşdırdığını açıqladı.

Senatorun sözlərinə görə, Qrenlandiya xalqı ilə tərəfdaşlıq Vaşinqton üçün çox vacibdir. O, əlavə edib ki, hazırda Qrenlandiya üçün heç bir təhlükə yoxdur./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ