Qərbi Avropa Rusiya ilə münaqişədə Ukraynanı dəstəkləmək niyyətindədir və özü də yeni dünya müharibəsinə çevrilə biləcək müharibəyə hazırlaşır.
Turkustan.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu xəbərdarlıqla çıxış edərək hökumətinin bu planlara qarşı çıxdığını vurğulayıb.
Orban hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının fəallarının Miskolcda keçirilən və milli televiziyada yayımlanan görüşündə deyib: "Qərbi Avropa həqiqətən müharibəyə hazırlaşır". O, bunu Aİ liderlərinin son görüşlərinin "Rusiyanı necə məğlub etmək" barədə müzakirələr aparan "müharibə şuralarına" çevrildiyini qeyd etməklə təsdiqləyib.
Aytən Yaşar/ Turkustan.az