Zelenski: Bəzi məsələlərdə ABŞ-la eyni mövqedə deyilik


Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ və Ukraynanın müharibənin dərhal bitməsini istədiyini, lakin Rusiyanın onu uzatmağa çalışdığını bildirib.

Turkustan.az xəbər verir ki, Zelenski Kiyevdəki iş ofisində ölkəyə danışıqlar üçün səfər edən Çexiya prezidenti Petr Pavel ilə görüşüb.

İkitərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən Zelenski Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədi daşıyan danışıqlar barədə şərh verib.

Zelenski bildirib ki, onlar ABŞ tərəfi ilə Ukrayna üçün sülh planı və təhlükəsizlik zəmanətləri üzərində intensiv işləyirlər.

Zelenski Ukrayna danışıqlar qrupunun yaxın günlərdə ABŞ-da danışıqlar aparacağını bildirib və əlavə edib ki, "Ukrayna nümayəndə heyəti hazırda ABŞ-a gedir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ