Xamenei susqunluğunu pozdu: Son fitnədə Trampın əli var idi!


İranın ali dini lideri Əli Xamenei ölkədə insan tələfatı və maddi ziyanla nəticələnən son küçə etirazlarına görə ABŞ-ı ittiham edib.

Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına əsasən, Xamenei Tehranda ictimaiyyətə müraciət edərək son hadisələrlə bağlı açıqlama verib.

Xamenei bildirib ki, “son fitnədə ABŞ prezidenti birbaşa müdaxilə edib, çıxışlar edib, təhdidlər səsləndirib, təhrikçiləri həvəsləndirib və dəstəkləyib”. Onun sözlərinə görə, ABŞ prezidenti baş verən insan itkisinə, vurulan ziyana və İran xalqına qarşı təhqirlərə görə məsuliyyət daşıyır.

Vaşinqton administrasiyasının siyasətinin daim “İranı cilovlamağa” yönəldiyini deyən Xamenei qeyd edib ki, son hadisələr ABŞ mənbəli bir fitnədir və məqsəd İranı zəiflətmək olub.

Ölkəni müharibəyə sürükləmək niyyətində olmadıqlarını vurğulayan Xamenei əlavə edib ki, ABŞ və İsrailin bu prosesdə iştirakına dair dəlillər mövcuddur. O, İran xalqının daxili və xarici “cinayətkarları” məsuliyyətə cəlb etməkdən geri çəkilməyəcəyini də bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ