Suriya ordusu yanvarın 13-də Fərat çayının qərbində yerləşən əraziləri, əsasən Deyr Hafir və Meskene şəhərlərini terror təşkilatı tərəfindən işğal edilmiş hərbi zonalar elan edib.
Turkustan.az xəbər verir ki, dünən gecə saat 22:00-da başlayan əməliyyat nəticəsində ordu bu iki əraziyə nəzarəti ələ keçirib.
Turkustan.az xəbər verir ki, Meskene istiqamətindən irəliləyən Suriya ordusu bölmələri terror təşkilatının nəzarətində olan Rakka əyalətinin cənub-qərbində yerləşən Dibsi Afnan bölgəsini də nəzarətə götürüb və əyalət ətrafında istehkamlarını gücləndirməyə başlayıb.
Məlumata görə, Rəqqanın cənubu ilə Deyr əz-Zorun şimalı arasında, Fərat çayı üzərində yerləşən və terror təşkilatı tərəfindən işğal edilmiş Mədən bölgəsində mövqe tutan Suriya ordusu qüvvələri şimala doğru hərəkət edir. Ordunun Fərat çayı boyunca irəliləyərək Təbqa şəhərinə və Rəqqanın cənub hissələrinə çatmağı hədəflədiyi bildirilir.
Suriya dövlət televiziyası “Əl-İxbariya”ya danışan ordu mənbələri bildiriblər ki, Meskene istiqamətindən irəliləyən bölmələr Safyan neft yatağını, Rasafa qovşağını və Təbqa şəhəri yaxınlığında yerləşən Thaura neft yatağını da nəzarətə götürüblər.
Bundan əlavə, Fərat çayının qərbində yerləşən Cirah Hərbi Hava Limanı da bu səhər saatlarında Suriya ordusunun nəzarətinə keçib.
Aytən Yaşar/ Turkustan.az