Zelenski: Rusiya terroru diplomatik prosesi məhv edir


Rusiya terrorunun nəticələrinə diplomatik prosesin nüfuzdan salınması və dialoq imkanlarının pisləşməsi də daxildir.

Turkustan.az xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski Telegram kanalında paylaşım edib.

“Ukrayna nümayəndə heyətinin əsas vəzifəsi baş verənlər və Rusiya zərbələrinin nəticələri barədə bütün real məlumatları təqdim etməkdir. O cümlədən, bu terrorun nəticəsi olaraq diplomatik prosesin nüfuzdan salınması, insanların diplomatiyaya inamını itirməsi və Rusiyanın zərbələrinin mövcud olan azsaylı dialoq imkanlarını belə daim pisləşdirməsi faktları diqqətə çatdırılmalıdır. Amerika tərəfi bunu başa düşməlidir. Hazırlanan sənədlərlə bağlı da irəliləyiş olmalıdır”, – deyə Zelenski vurğulayıb.

O, həmçinin qeyd edib ki, Ukrayna nümayəndə heyəti ilə Amerika tərəfi arasında keçirilən görüşlərin nəticələri barədə ilk hesabatların axşam saatlarında təqdim ediləcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ