Xamenei etirazlarda minlərlə insanın öldürüldüyünü etiraf etdi


İranın Ali Lideri Ayətullah Əli Xamenei ilk dəfə olaraq son etirazlar zamanı minlərlə insanın öldürüldüyünü açıq şəkildə etiraf etdi.

Turkustan.az xəbər verir ki, Xamenei bildirib ki, "İsrail və ABŞ ilə əlaqəli olanlar iki həftədən çox davam edən və İranı sarsıdan etirazlar zamanı çox böyük ziyana səbəb olub və minlərlə insanın ölümünə səbəb olublar".

Xameneyi bildirib ki, İran sərhədlərindən kənarda gərginliyin artmasından çəkinəcək, lakin məsul şəxslər bunun nəticələri ilə üzləşəcəklər. "Biz ölkəni müharibəyə sürükləməyəcəyik, eyni zamanda daxili və ya beynəlxalq cinayətkarların cəzasız qalmasına da imkan verməyəcəyik. Allahın izni ilə İran xalqı üsyançıların belini qırdığı kimi, onların da belini qıracaq", - Xameneyi bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ