“ABŞ Prezident Donald Trampın İrana qarşı "misli görünməmiş zərbələr" endirməklə bağlı təhdidləri fonunda Cənubi Çin dənizindən Yaxın Şərqə aviadaşıyıcı zərbə qrupunu yenidən yerləşdirmək qərarına gəlib”.
Turkustan.az xəər verir ki, bunu məsələ ilə tanış olan bir mənbə “NewsNation”-a bildirib.
Mənbə bildirib ki, regiona gedən dəniz qrupuna “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisi rəhbərlik edir. Gəmilərin, o cümlədən bir sualtı qayığın təxminən bir həftə ərzində çatacağı gözlənilir. Mənbə əlavə edib ki, onlar İran da daxil olmaqla, 21 ölkəni əhatə edən ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında yerləşəcəklər.
Öz növbəsində, İran hakimiyyəti müəyyən icazə verilən beynəlxalq uçuşlar istisna olmaqla, hava məkanını təyyarələr üçün bağlayıb. “Tasnim” xəbər agentliyinin məlumatına görə, İranın Hava Hücumundan Müdafiə Komandanlığına aydın şəxsiyyəti olmadan ölkənin hava məkanına daxil olan istənilən təyyarəyə dərhal atəş açmaq əmri verilib. Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələri xarici təhdidlər səbəbindən maksimum hazırlıq vəziyyətinə gətirilib.
ABŞ və İran arasında gərginliyin son eskalasiyası 1979-cu il İslam İnqilabından bəri ölkədəki ən böyük etirazlar fonunda baş verib. Aksiyalara inflyasiyanın kəskin artması və yerli valyutanın dəyərdən düşməsi də daxil olmaqla iqtisadi problemlər səbəb olub. İnsan haqları fəallarının məlumatına görə, İranda etiraz aksiyalarında 2500-dən çox insan həlak olub.
Tramp ölkədə etirazların qanla yatırılmasına cavab olaraq hərbi variantları nəzərdən keçirdiyini bildirib. “NBC News” mənbələrinə görə, Tramp ABŞ ordusunun İran rejiminə "həlledici zərbə" endirməsini və uzunmüddətli müharibənin başlamasının qarşısını almasını istəyir.
Lakin şəbəkə mənbələri qeyd edib ki, Amerika liderinin müşavirləri indiyə qədər ABŞ hərbi hücumundan sonra İran rejiminin tez bir zamanda çökəcəyinə zəmanət verə bilməyiblər.
Tehran ABŞ hücumuna cavab bu ölkənin qoşunlarının yerləşdiyi Qətərdəki Əl-Udeid Hərbi Hava Qüvvələri bazasına zərbə endirəcəyinə söz verib. "Washington Post" qəzetinin məlumatına görə, Pentaqon artıq qoşunları bu obyektdən digər yerlərə köçürməyə başlayıb. Qətər hökuməti bildirib ki, Amerika personalının və avadanlıqlarının azaldılması bölgədəki mövcud gərginliyə zəruri cavabdır. /Cebheinfo.az/