Rubio: Qrenlandiya məsələsini Danimarka rəsmiləri ilə müzakirə edəcəyəm


ABŞ dövlət katibi Marko Rubio bildirib ki, gələn həftə Danimarka rəsmiləri ilə görüşərək Prezident Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamalarından sonra yaranan gərginliyi müzakirə edəcək.

Turkustan.az xəbər verir ki, Rubio məsələ ilə bağlı Kapitoli binasında mətbuata açıqlamalar verib.

ABŞ-ın Qrenlandiyaya hərbi müdaxiləsinin mümkünlüyü ilə bağlı suala cavab olaraq Rubio dedi: "Mən burada Danimarka və ya hərbi müdaxilə haqqında danışmaq üçün deyiləm. Gələn həftə onlarla görüşəcəyəm. O zaman bu məsələləri müzakirə edəcəyik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ