Maduro Türkiyəyə qaçmaq istəyib? - Ərdoğandan açıqlama


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelanın ABŞ-yə qaçırılan dövlət başçısı Nikolas Maduro ilə bağlı danışıb.

Turkustan.az xəbər verir ki, R.T.Ərdoğan N.Maduronun hələ ölkəsində hakimiyyətdə olduğu vaxtlarda Türkiyəyə sığınmaq istədiyi barədə iddialara aydınlıq gətirib.

Onun sözlərinə görə, rəsmi Ankaraya bu barədə hər hansı müraciət daxil olmayıb.

“Bizə elə bir xəbər gəlməyib”, - R.T.Ərdoğan deyib./yenisabah.az


MANŞET XƏBƏRLƏRİ