Tusk: Polşa Avropanın ən güclü ordusunu qurmağı hədəfləyir!


Polşanın Baş naziri Donald Tusk ölkəsinin bu il Avropanın ən güclü ordusunun qurulmasını sürətləndirəcəyini açıqladı.

Turkustan.az xəbər verir ki, Polşanın ictimai yayımçısı TVP Tuskın 2026-cı il üçün gözləntilərini müzakirə etdiyi bir açıqlama paylaşdı.

Tusk 2026-cı ilin Polşa üçün impuls ili olacağını bildirərək bildirib ki, "hökumət hərbi genişlənməni sürətləndirmək, əsas infrastruktur layihələrini həyata keçirmək və müdafiə sektoru da daxil olmaqla sənayenin yenidən qurulması kimi müəyyən edilmiş prosesi irəli aparmaq üçün işlərini davam etdirəcək".

Tusk dövlət satınalmalarında "Polşa Birinci" prinsipini tətbiq edəcəklərini bildirərək əlavə etdi: "Avropanın ən güclü ordusunun qurulmasını sürətləndirəcəyik. Əsas infrastruktur investisiyalarını sürətləndirəcəyik".

Tusk 2026-cı ildə cinayətkarlıqla mübarizədə daha sərt mövqe tutacaqlarını bildirib və əlavə edib ki, Polşa "təhlükəsizlik vahəsi" olaraq qalacaq.

Qlobal çətinliklərə baxmayaraq, Tusk Polşanın 2025-ci ildə iqtisadi artımı sürətləndirdiyini və böyük investisiyalara başladığını bildirib və 2026-cı ilin də ölkəsi üçün müsbət bir il olacağına ümid etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ