ABŞ-da şəxsi təyyarə qəzaya uğradı: 7 nəfər öldü


ABŞ-ın Şimali Karolina ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində yeddi nəfər həlak olub.

Turkustan.az xəbər verir ki, Şimali Karolina ştatının rəsmiləri, Statesville hava limanına eniş zamanı qəzaya uğrayan Cessna 550 biznes təyyarəsinin göyərtəsindəki hər kəsin öldüyünü açıqladı.

Rəsmilər qəzadan sonra baş verən yanğın səbəbindən təyyarədəki sərnişinlərin dəqiq siyahısını paylaşa bilmədiklərini, lakin həyatını itirən yeddi nəfər arasında təqaüdə çıxmış American National Stock Car Racing (NASCAR) sürücüsü Qreq Biffl, həyat yoldaşı və iki uşağının da olduğuna inanıldığını bildiriblər.

Səlahiyyətlilər qəza ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.

ABŞ Federal Aviasiya Administrasiyası təyyarənin Statesville hava limanına eniş edərkən qəzaya uğradığını bildirib. Mediada dərc olunan görüntülərdə təyyarənin qalıqlarının tapıldığı uçuş-enmə zolağından alovların qalxdığı görünürdü.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ