Səhiyyə Nazirliyi və TƏBİB birləşir? – RƏSMİ AÇIQLAMA


“TƏBİB və Səhiyyə Nazirliyi fərqli qurumlardır”.

Turkustan.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, iki qurumun birləşdirilməsi ilə bağlı suala cavab olaraq bildirib ki, Səhiyyə Nazirliyi ölkədə səhiyyə siyasətini tənzimləyən, TƏBİB isə icraedici qurumdur:

"TƏBİB tibbi xidməti təşkil edən qurumdur. Nəzarət mexanizmləri isə Səhiyyə Nazirliyinin səlahiyyətindədir. Bizim məqsədimiz vətəndaşlar üçün tibbi xidmətin əhatəliliyini təşkil etməkdir"./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ