Rusiya ordusunun 160 pilotsuz uçuş aparatından (PUA) istifadə edərək Ukraynanın müxtəlif bölgələrinə hücumlar başlatdığı bildirilir.
Turkustan.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı sosial media hesabında Rusiyanın gecə ərzində ölkəyə qarşı hava hücumları həyata keçirdiyini bildirib.
Bəyanatda bildirilir ki, Rusiya ordusu 160 dron buraxıb, onlardan 108-i məhv edilib və ya trayektoriyası dəyişdirilərək zərərsizləşdirilib.
Bəyanatda qeyd olunur ki, məhv edilməmiş dronlar Ukraynada 23 fərqli yerə zərbələr endirib.
Aytən Yaşar/ Turkustan,az