ABŞ prezidenti Donald Tramp Kiyevi bu həftə sonu Mayamidə keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarından əvvəl "razılaşma üzərində tez bir zamanda hərəkət etməyə" çağırıb.
Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Tramp Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərin cari məsələlərlə bağlı suallarını cavablandırıb.
Trampın xüsusi elçisi Stiv Vitkoffun Kremldən nümayəndə qəbul edəcəyi bu həftə sonu Mayamidə keçiriləcək danışıqlar barədə danışan Tramp deyib: "Onlar bəzi məsələlərdə irəliləyiş əldə edirlər, amma ümid edirəm ki, Ukrayna tez hərəkət edəcək. Ümid edirəm ki, Ukrayna tez hərəkət edəcək, çünki ruslar hələ də oradadırlar. Hər dəfə bu barədə çox düşündükdə ruslar fikirlərini dəyişirlər".
Aytən Yaşar/ Turkustan.az