Xəbər verdiyimiz kimi, son günlər sosial şəbəkələrdə və mətbuatda Somalidən Azərbaycana ət idxalı ilə bağlı məlumatlar yayılıb.
Bəs bu məlumatlar həqiqəti əks etdirirmi?
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Bizim.Media-ya bildirilib ki, Azərbaycana Somalidən kommersiya, yəni satış, ticarət, iaşə obyektlərində istehlak və ya realizə məqsədilə ət idxal edilmir.
“13.10.2025-ci il tarixində isə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin müraciəti əsasında Səudiyyə Ərəbistanından Somali mənşəli heyvanın qurban ətindən ibarət humanitar yük (1710 qutu, 46.500 kq) yardım kimi paylanılması məqsədi ilə ölkəmizə daxil olub”.