ABŞ Prezidenti Donald Tramp xalqa müraciətində bir çox məsələ ilə bağlı qiymətləndirmələr aparıb.
Turkustan.az xəbər verir ki, əsasən immiqrasiya və iqtisadiyyat məsələlərinə toxunan Tramp keçmiş prezident Co Baydeni tənqid edib.
O, ikinci prezidentliyi dövründə əldə etdiyi nailiyyətlərini sadalayıb:
“Bir il əvvəl ölkəmiz ölmüşdü və uğursuzluğun astanasında idi. İndi biz dünyanın ən uğurlu ölkəsiyik. Mən ABŞ ordusunun gücünü bərpa etdim. 10 ayda 8 müharibəyə və 3 min ildən sonra ilk dəfə olaraq Yaxın Şərqə sülh gətirdim”.
Trampın bu çıxışı Demokratlar tərəfindən tənqid olunub. Onlar prezidentin cəmi 20 dəqiqəlik çıxışında "mən" sözünü 700 dəfədən çox işlətdiyini qeyd ediblər./publika.az