Putin: Arada gizli şəkildə bunu edirəm


Rusiya Prezidenti Vladimir Moskvada gizli şəkildə avtomobil sürdüyünü etiraf edib.

Turkustan.az xəbər verir ki, o, bu barədə ənənəvi illik mətbuat konfransında danışıb.

Rusiya lideri bunu nadir hallarda etdiyini bildirib.

“Tam olaraq belə deməmişəm ki, Moskvada gizli şəkildə sükan arxasında gəzib-dolanıram. Bu da olur, amma çox nadir hallarda. Mən sadəcə demilşəm ki, bəzən yol polisinin müşayiəti və sairə olmadan sürürəm. Çox hallarda məhz belə olur”.

Putin qeyd edib ki, bu cür səfərlər faydasız deyil: “Moskvada müxtəlif rayonlara girəndə ətrafda nələrin baş verdiyini görmək maraqlıdır”./teleqraf


MANŞET XƏBƏRLƏRİ