Aİ Ukrayna üçün 90 milyon avroluq maliyyələşdirmə barədə razılığa gəldi


Avropa Birliyi liderləri dondurulmuş Rusiya aktivlərindən istifadə etmək əvəzinə, Ukraynaya qarşı müdafiəsini maliyyələşdirmək üçün növbəti iki il ərzində öz resurslarından kredit vermək qərarına gəliblər.

Turkustan.az xəbər verir ki, plana əsasən, Ukraynanın ehtiyacları üçün növbəti iki il ərzində 90 milyard avroluq fond yaradılacaq.

Qərar, liderlər arasında saatlarla davam edən danışıqlardan sonra Brüsseldə Aİ Zirvə Toplantısının prezidenti Antonio Kosta tərəfindən elan edildi. Kosta bildirib ki, "Bu gün Ukraynaya 90 milyard avro ayırmaq qərarını təsdiqlədik. Təcili tədbir olaraq, Avropa Birliyi büdcəsi tərəfindən dəstəklənən kredit verəcəyik".

Aİ dondurulmuş Rusiya aktivlərinin istifadəsinə veto qoyur.
Zirvə toplantısı həmçinin Avropa Komissiyasına Rusiyanın dondurulmuş aktivlərinə əsaslanan müharibə təzminatı krediti üzərində işləməyə davam etmək səlahiyyəti verdi. Lakin aktivlərin böyük bir hissəsinin yerləşdiyi Belçika onu qəbul etmədiyi üçün bu seçim praktik olaraq mümkün deyil.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ