Meyxanaçı Ağa Kərim (Kərim Novruzov) vəfat edib.
Turkustan.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə meyxanaçının sənət dostları məlumat paylaşıb.
Xatırladaq ki, 2017-ci ildə meyxanaçı Kərimin beyninə qan sızıb.
Qeyd edək ki, o, 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi olub, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalında ən yüksək mükafat — Qızıl medala layiq görülüb. 2001-ci ildə “Bu gedər, o biri gələr” adlı albomu işıq üzü görüb./modern.az