Paşinyan Putindən orden alan şəxsin məxfi dosyesini açdırdı: Agent imiş


Ermənistan Milli Təhlükəsizlik Xidməti yerli KİV-in sorğusuna cavab olaraq, bir sənədi məxfilikdən çıxarıb.

Turkustan.az xəbər verir ki, sənəddə bütün ermənilərin katolikosu II Qareginin qardaşı, arxiyepiskop Yezras Nersisyanın 1986-1988-ci illərdə “Karo” kod adı altında SSRİ xüsusi xidmət orqanlarına (KQB) cəlb edildiyi və əməkdaşlıq etdiyi bildirilir.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl Yezras Nersisyanın KQB agenti olduğunu açıqlamışdı.

Rusiya Prezidenti Vladimir Putin bir müddət öncə II Qareginin qardaşını dövlət ordeni ilə təltif etmişdi./teleqraf


MANŞET XƏBƏRLƏRİ