Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Aralıq dənizinin neytral sularında Rusiyanın "kölgə donanmasına" məxsus tankeri vurub.
Turkustan.az xəbər verir ki, Ukrayna mediası bu barədə SBU-ya istinadla məlumat və video paylaşıb.
Məlumatda deyilir ki, Ukrayna xüsusi xidmət orqanları Ukrayna ərazisindən 2000 kilometrdən çox məsafədə yeni, görünməmiş bir əməliyyat keçirib. Aralıq dənizinin neytral sularında çoxmərhələli əməliyyatdan sonra SBU-nun Xüsusi Əməliyyatlar Mərkəzi "A" Rusiyanın "kölgə donanması"na aid olan QENDİL tankerini PUA ilə vurub.
Xüsusi əməliyyat zamanı Rusiya gəmisi boş olub və heç bir yük daşımayıb. Nəticədə hücum bölgədəki ekoloji vəziyyət üçün heç bir təhlükə yaratmayıb. Tanker ciddi ziyan görüb və artıq təyinatı üzrə istifadə edilə bilməz. /azpolitika.info/