İran 12 günlük müharibədən əvvəl saf termonüvə əsasında dördüncü nəsil nüvə silahı hazırlamağa cəhd edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Nəşr yazıb ki, bu layihə indiyədək heç bir ölkə tərəfindən istehsal olunmamış tamamilə yeni tip nüvə silahının yaradılmasını nəzərdə tutur.
Saytın məlumatına əsasən, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) bu cür silahın hazırlanmasını mümkün hesab etmir və bunun ehtimalını sıfır kimi dəyərləndirir. “Ynet”in mənbələrindən birinə görə də, İranın heç vaxt saf termonüvəyə əsaslanan nüvə silahı yaratmaq niyyəti olmayıb və bu layihənin əsl məqsədi ənənəvi nüvə bombasının əldə edilməsi səylərini gizlətmək üçün sadəcə örtük rolunu oynayıb.
Ənənəvi nüvə silahı nüvə parçalanması prinsipi ilə işləyir, saf termonüvəyə əsaslanan nüvə silahı isə parçalanma olmadan fəaliyyət göstərir./teleqraf