Uzun müharibəyə hazırlaşın, yeganə yol budur - Dugin


Uzunmüddətli və genişmiqyaslı hərbi qarşıdurmaya hazırlaşmaq vacibdir.

Turkustan.az xəbər verir ki, bunu Kremlin ideoloqu kimi tanınan, rusiyalı filosof Aleksandr Dugin deyib.

“Bitməmiş müharibə qaçılmaz olaraq münaqişənin davam etməsinə səbəb olacaq. Və Rusiyanın mövqeyinin hər hansı bir şəkildə zəifləməsi əks proseslərə səbəb ola bilər”, - o bildirib.

Dugin həmçinin iddia edir ki, AB 2030-cu illərə qədər Rusiya ilə tammiqyaslı müharibəyə hazırlaşır.

Onun fikrincə, Ukraynadakı münaqişənin nəticəsi gələcək dünya nizamını müəyyən edəcək:

“Söhbət təkqütblü dünyaya qarşı mübarizədən və konturları hələ də bəlli olmayan çoxqütblü sistemin formalaşmasından gedir. Qələbə suverenliyi təmin etməyin və onu əbədiləşdirməyin yeganə yoludur”./axarı.az


MANŞET XƏBƏRLƏRİ