NATO-nun 2026-cı il hərbi büdcəsi 2,95 milyard avro olacaq


NATO gələn il üçün mülki büdcəsinin 528,2 milyon avro, hərbi büdcəsinin isə 2,42 milyard avro olacağını açıqlayıb ki, bu da ümumilikdə 2,9482 milyard avro təşkil edəcək.

Turkustan.az xəbər verir ki, NATO yazılı açıqlamasında mülki büdcənin 2026-cı ilə qədər 528,2 milyon avroya, hərbi büdcənin isə 2,42 milyard avroya çatdırılacağını açıqlayıb.

Ümumi büdcənin 2 milyard 948 milyon 200 min avro olacağını açıqlayan bəyanatda deyilir: "Daha dəqiq desək, 2026-cı il Hərbi Büdcəsi NATO-nun hərbi uyğunlaşma qabiliyyətinə, müttəfiqlər arasında qarşılıqlı fəaliyyətə, böhranların qarşısının alınmasına və idarə olunmasına, eləcə də əməkdaşlıq təhlükəsizliyinə töhfə verəcək".

Qeyd edilib ki, mülki büdcə müttəfiq məsləhətləşmələrini və qərar qəbuletmə proseslərini, eləcə də NATO Qərargahının fəaliyyətini dəstəkləməyə davam edəcək.

Mülki büdcə mülki personal, əməliyyat xərcləri və mülki proqram xərcləri üçün maliyyələşdirmə təmin edir, hərbi büdcə isə NATO-nun qərargahlarının, proqramlarının, missiyalarının və dünya miqyasında əməliyyatlarının əməliyyat xərclərini əhatə edir.

Üzv dövlətlər bu büdcələrə ümumi milli məhsula (ÜDM) əsaslanan xərc bölgüsü düsturuna əsasən töhfə verirlər. NATO son zirvə görüşündə üzv dövlətlərin müdafiə xərclərinin ÜDM-nin ən azı 5 faizini təşkil etməsi qərarına gəldi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ